Azərbaycan Dəmir Yolları

Tikinti meneceri

Bu gün

34

Təsvir

  • Tikinti sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək və idarə etmək;
  • Sahədə görülən işləri koordinasiya etmək;
  • Tikinti işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək, gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq;
  • Tikinti işlərində və sahədə işçilərə olan tələbə, materialların hesabatına, sifariş olunmasına ve çatdırılmasına nəzarət etmək;
  • Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
  • Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə etmək;
  • İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik etmək;
  • Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
  • Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək;
  • Texniki və mühəndislik problemlərini həll etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Layihələrin idarə edilməsi və keyfiyyət standartları metodikaları üzrə biliklər;
  • Planlama, analitik düşüncə, kommunikasiya, risklərin idarə edilməs bacarıqları;
  • Rəqəmsal bacarıqlar: MS Office, Autocad, MS Project;
  • Dil bilikləri: İngilis dili, Rus dili.

Vakansiya haqqında

Son tarix

September 25, 2026

Paylaşılıb

sentyabr 16, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat