Əsas nəzarət nöqtələri və reperləri yoxlamaq və nəzarət etmək;
Məlumatların əsas parametrlərini yoxlamaq;
Bütün topoqrafik işlərin yerinə yetirilməsinə nəzarət etmək, cizgi və spesifikasiyalara uyğun olmasını yoxlamaq;
Topoqrafik ölçmələrin doğruluğunu və yerinə yetirilmiş işlərin qiymətləndirilməsini yoxlamaq;
Topoqrafiya avadanlıqların kalibrasiyasını, metod və prosedurların doğruluğunu yoxlamaq;
Layihə-smeta sənədlərinin daxili ekspertizasını aparmaq;
Arayış sənədləri, layihələr barədə məlumatlar, layihəyə nəzarət barədə hesabatlılığı aparmaq;
Departament daxilində və tikinti sahələrində nizam-intizam qaydalarına, mühəndislik etikasına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərini həyata keçirmək;
Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarının yerinə yetirmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Proqram bilikləri: MS Office, AutoCad
Dil bilikləri: Rus dili, İngilis dili;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları barədə məlumatlılıq;
Topoqrafiya-geodeziya və kartoqrafiyanın müasir istehsalat vəziyyəti haqqında məlumatlar, standartlar, müddəalar, təlimatlaı və başqa normativ sənədlər barədə məlumatlılıq.