Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Vağzal rəisinin müavini ( Gəncə vağzalı)

Vağzal rəisinin müavini ( Gəncə vağzalı)

Bu gün

33

Təsvir


  • Vağzalın bütün sahələrinin işini koordinasiya edilməsində iştirak etmək;
  • Sərnişinlərin rahatlığının və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və keyfiyyətcə yaxşılaşdırılması,
  • Sərnişinlərə göstərilən xidmət sferasının genişləndirilməsi üçün tədbirlər görmək, sərnişin axınını və vağzalın sahələrinin fəaliyyətini analiz etmək;
  • Qabaqcıl iş metodlarının tətbiq olunması;
  • Bilet satışının təşkilinin, saxlama dolablarının işinin, məlumat-informasiya xidmətlərinin yeni texnika və texnologiyanın tətbiq edilməsi ilə təkmilləşdirilməsini təmin etmək;
  • Stansiya sahələrinin və maliyyə-təsərrüfat fəaliyyətinin təhlil olunmasında və qiymətləndirilməsində iştirak etmək;
  • Vağzal təsərrüfatının yay mövsümü dövründə artan sərnişin axınının daşınmasının və qış mövsümündə normal işləməsinin təmin edilməsi üçün tədbirlər hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək;
  • İşçilərin növbə qrafikini müəyyən etmək,növbə və sahələrin iş həcminə uyğun olaraq sutkanın saatlarına və həftənin günlərinə uyğun iş rejimini müəyyən etmək, vağzal təsərrüfatı işçilərinin iş və istirahət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmək;
  • Ərazinin, kassa və gözləmə zallarının, otaqların və xidməti sahələrin, inventar və avadanlıqların təmiz və saz vəziyyətdə saxlanılmasını təşkil etmək və nəzarətdə saxlamaq;
  • Vağzalın fəaliyyəti barədə istehsalat və maliyyə hesabatlarının müəyyən olunmuş qaydada aparılmasına və tərtib olunmasına nəzarət etmək;
  • İşçilərin iş vaxtı təhlükəsizlik tədbirlərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə nəzarət etmək;
  • ADY daxili və xarici ezamiyyələr.

Tələblər

  • Təhsil səviyyəsi: Al(Müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi üzrə biliklər;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası qayda və normaları, yanğın təhlükəsizliyi qaydalarına dair biliklər üzrə biliklər;
  • İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması qaydalarına dair biliklər;
  • Xarici dil: İngilis/Rus dili - orta;
  • MS Office - yaxşı;
  • Təşkilatçılıq;
  • Resursların idarə edilməsi;
  • Problem həlletmə.

Vakansiya haqqında

Son tarix

May 25, 2026

Paylaşılıb

may 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər