Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Vaqon baxıcısı-təmirçisi (Bakı/Qaradağ)

Vaqon baxıcısı-təmirçisi (Bakı/Qaradağ)

Dünən

39

Təsvir


  • Gələn qatarların qarşılanması, göndəriləcək qatarların müşayiət edilməsi və hərəkət tərkiblərinə 12 nöqtədən baxış keçirməklə nasazlıqları aşkar etmək;
  • Vaqon və konteynerlərin texniki baxışı zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılmasını təmin etmək;
  • Qəbul edilən hərəkət tərkiblərinin komplekləşdirilməsini, qovşaq və detalların yararlılığını ADY Smart proqramından və ya Web Portaldan istifadə etməklə faktiki uyğunluğunu yoxlamaq;
  • Açılmadan təmiri mümkün olmayan və ya dövrü təmir müddəti çatmış vaqonların təmirə açılmasını təmin etmək və təmirə açılan vaqonlara ADY Smart proqramında və ya kağız daşıyıcıda VU-23 formalı bildiriş tərtib etmək;
  • Alət və şablonların, siqnal vasitələrinin sazlığını yoxlamaq, nasazlıq aşkar edildikdə onların böyük vaqon baxıcısı-təmirçisinin köməyi ilə yararlılarla dəyişdirilməsini həyata keçirmək;
  • Bütün tiplərdən olan yük vaqonlarının təmiri üçün nəzərdə tutulan özüyeriyən maşınlara və ya mürəkkəb universal qurğulara texniki xidmətin göstərilməsi; 
  • Qatarlarda avtotormozların təmirini və sınağını icra etmək.

Tələblər

  • Ümumi təhsil;
  • Növbəli iş qrafikində fəaliyyət;
  • Vaqon və konteynerlərin quruluşu üzrə biliklər; 
  • Vaqonlara texniki xidmətin yerinə yetirilməsi qaydaları üzrə biliklər. 
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
  • Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.

Vakansiya haqqında

Son tarix

April 2, 2026

Paylaşılıb

mart 28, 2026

Vakansiya növü

Növbə əsasında

Kateqoriya

Logistika və nəqliyyat