Azərbaycan Dəmir Yolları

VİP zal üzrə növbətçi

16-12-2024

1.4K

Təsvir

  • Qonaqları (VİP sərnişinləri) qarşılamaq, yola salmaq, onların əl yüklərini yerləşdirmək, onlara xidmətin göstərilməsini təşkil etmək;
  • Qonaqların (VİP sərnişinlərin) biletlərini yoxlamaq və qeydiyyata almaq;
  • Giriş qapılarını bağlı saxlamaq, icazəsi olmayan şəxsləri buraxmamaq;
  • Növbə ərzində otaqlara, zallara baxış keçirmək;
  • Təmizlik işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək, istifadə olunan qab-qacaqların, çəngəl, bıçaq, qaşığın təmiz və dəst olmasına nəzarət etmək;
  • İnventar və vasitələrdən təyinatı üzrə istifadə etmək və onların təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Tədbirlərə hazırlıq işlərinin təşkilində və aparılmasında iştirak etmək, tədbirlərdən sonra qabların yuyulmasını yerinə yetirmək;
  • Əmək vəzifələrinin effektiv yerinə yetirilməsi üçün peşəkarlıq və kvalifikasiya səviyyəsini artırmaq;
  • Rəhbərliyin səlahiyyətləri və göstərişləri ilə vəzifə öhdəliyinə əsasən digər işləri yerinə yetirmək;
  • Əmək və istehsal intizamı, daxili intizam, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;

Tələblər

  • Təhsil səviyyəsi: ümumi;
  • Dil bilikləri: Rus və ya ingilis dili yaxşı səviyyədə
  • Yerinə yetirdiyi işlərə dair normativ sənədlər və metodiki materiallar;
  • Təmizlik işlərinin aparılması qaydası;
  • İstifadə olunan avadanlıq və vasitələrin təyinatı, quruluşu və onlardan təhlükəsiz istifadə qaydası;
  • Daxili intizam qaydaları;
  • Müştərilərə xidmətin göstərilməsi qaydası və üsulları;
  • Müştəri yönümlülük;
  • Şifahi ifadə;
  • Aktiv dinləmə;

Vakansiya haqqında

Son tarix

dekabr 30, 2024

Paylaşılıb

dekabr 16, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat