Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi

Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi

06-12-2024

2.2K

Təsvir

  • Sərnişinlərə xidmət strukturlarında göstərilən xidmət və keyfiyyətin ölçülməsi və qiymətləndirilməsinə nəzarət etmək;
  • Sərnişin xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları rəhbərliyə təqdim etmək;
  • Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqlərin aparılmasını təmin etmək;
  • Sərnişinlərə xidmət standartlarına uyğun xidmət göstərilmədikdə araşdırılması və lazımı tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
  • Şöbənin fəaliyyətinə dair görülmüş işlər barədə hesabatları rəhbərliyə təqdim etmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğuları araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
  • Sərnişinlərə xidmət göstərən əməkdaşların işinə nəzarət etmək və qiymətləndirmək;
  • Sərnişinlərə xidmət göstərən əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq;
  • Şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılmasını təmin etmək;
  • Xidmət keyfiyyətinin ölçülməsi üzrə müasir yenilikləri izləmək və tətbiqini təklif etmək;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək;

Tələblər

  • Təhsil səviyyəsi: Ali;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il;
  • Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;
  • Xidmət keyfiyyətlərin ölçülməsi üçün standartların yaradılması üzrə biliklər;
  • Xidmət keyfiyyətlərin ölçülməsi ilə bağlı dünya təcrübəsinə dair biliklər;
  • Xidmət keyfiyyəti ilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair biliklər;
  • Müştəri xidmətləri üzrə biliklər;
  • Müştəri xidməti proseslərində iştirak edən işçilər və bölmələr arasında effektiv qarşılıqlı əlaqənin təşkili üzrə məlumatlılıq;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalar;


Vakansiya haqqında

Son tarix

dekabr 30, 2024

Paylaşılıb

dekabr 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat