Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Xidmət rəisinin qatar briqadalarının işinin təşkili üzrə müavini (Sərnişin daşımaları departamenti)

Xidmət rəisinin qatar briqadalarının işinin təşkili üzrə müavini (Sərnişin daşımaları departamenti)

Bu gün

11

Təsvir

  • Sərnişin daşımaları departamentinin İstismar xidmətində hərəkətin təhlükəsizliyinin, etibar edilən əmlakın və daşınan yükün saxlanışının şərtsiz təmin edilməsi, sərnişindaşıma ehtiyacının ödənməsi, resurslardan səmərəli istifadə edilməsi, ətraf mühütin mühafizəsi tələblərinin təmin edilməsi;
  • Xidmət keyfiyyətinin yüksəldilməsi, eləcədə standart, qeyri standart və qəza hallarında operativ fəaliyyət göstərilməsi istiqamətində AR Qanunvericiliyinə və ADY-nin rəhbəredici sənədlərinə əsaslanaraq texniki təşkilatı tədbirlər layihələrinin işlənib hazırlanmasını təmin etmək;                                                                                                             
  • Fəaliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və digər öhdəliklərin yerinə yetirilməsinin gedişatı, həmçinin cavabdeh icraçıların fəaliyyətləri barədə adiyyatı üzrə rəhbərliyə hesabat vermək;                                                                                                          
  • Qatar briqadalarının kompetensiyalarının kvalifikasiyalarına uyğunluğunun yoxlanılmasını təmin etmək;                                                                                                       
  • Fəliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyini, qatar briqadalarının işinin təşkilini və kollektivlərdə sosial məsələlərin həllini təhlil edib, nəticələr barədə xidmət rəhbərliyinə əsaslı məlumat təqdim etmək; 
  • Qatar briqadaları üçün şöbə rəhbərlərinin, mütəxəssislərin, mühəndis texniki işçilərinin, nəqliyyat-tədris müəssisələri müəllimlərinin əvvəlcədən iştrakını nəzərdə tutan istehsalat təlimi proqramının hazırlanmasını, texniki tədris bazasının inkşaf proqramının hazırlanmasını və təsdiq edilməsini təmin etmək;
  • Qatar briqadaları ilə nəzarət təlimat səfərlərinin müəyyən edilmiş müvafiq müddətlərdə təlimatçılar tərəfindən yerinə yetirilməsini təşkil etmək; Qatar briqadalarının müvafiq tələblərə uyğun olaraq, müəyyən edilmiş vaxtlarda və hallarda tibbi müayinədən keçirilməsinə nəzarəti təmin etmək;                                                                                                  
  • Aparıcı peşələrə kadrların hazırlanması, qatar briqadalarının ixtisasının artırılması planını xidmət rəisinə təqdim etmək.     

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 5 il;
  • Rəhbərlik üzrə minimum əmək stajı 5 il;
  • Qatar briqadalarının iş və istirahət rejmi normalarını bilmək;
  • Qeyri standart hallarda istismar proseslərinin operativliyini təmin etmək metodlarını bilmək;                                          
  • Qatar briqadalarının pisixofizioloji xüsusiyyətləri, qatarlarda xidmət fəaliyyətinə mənfi təsir göstərən potensial təhdid və hərəkətləri , xidmət keyfiyyətinin yüksəldilməsi üzrə potensial imkanlardan maksimum istifadə etmək qaydaları üzrə məlumat;
  • Dəmiryolu nəqliyyatında sosial- mədəni servis fəaliyyəti göstərilməsinə dair tələbləri, sərnişinləri sosial-mədəni xidmətlə təmin etmək üçün metodlar, informasiya təminatı vasitələri və sistemlərini və sosial-mədəni servis fəaliyyətini təmin etmək üçün planların hazırlanmasını və həyata keçirilməsi qaydalarını bilmək.                 
  • Xarici dil: Rus dili - yaxşı;
  • MS Office - yaxşı;
  • İşin idarə edilməsi və ölçülməsi;
  • Başqalarını inkişaf etdirmə;           
  • Effektiv komanda qurmaq.

Vakansiya haqqında

Son tarix

April 23, 2026

Paylaşılıb

aprel 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat