Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Yanğından mühafizə üzrə aparıcı mütəxəssis

Yanğından mühafizə üzrə aparıcı mütəxəssis

Bu gün

18

Təsvir


  • Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik sahəsində qüvvədə olan qanunvericilik aktlarını, müvafiq qayda, norma və standartları rəhbər tutaraq vəzifə funksiyalarını icra etmək;
  • Avadanlıqların, binaların, qurğuların və digər obyektlərin yanğına qarşı vəziyyətini qiymətləndirmək;
  • Yanğın təhlükəsizliyi məsələləri üzrə struktur bölmələrdə planlı və plandankənar nəzarət tədbirlərini həyata keçirmək;
  • Ərazilərdə, binalarda, qurğularda, otaqlarda, anbarlarda və nəqliyyat vasitələrində baş vermiş yanğın və yanma hallarının səbəblərini araşdırmaq, müvafiq hesabatlar hazırlamaq;
  • İlk yanğınsöndürmə vasitələrinə olan tələbatı müəyyənləşdirmək, onların sayını planlaşdırmaq, mövcudluğuna və saz vəziyyətdə olmasına nəzarət etmək;
  • Yanğınların qarşısının alınması və yanğından mühafizənin gücləndirilməsi məqsədilə zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;
  • İşçilərlə yanğın-texniki minimum və yanğın təhlükəsizliyi qaydaları üzrə təlim və məşğələlər keçirmək;
  • Mövcud qayda, norma və standartlarda nəzərdə tutulmuş yanğın təhlükəsizliyi tədbirləri üzrə təlimatların hazırlanmasında iştirak etmək və yanğına qarşı tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Yanğın profilaktikası üzrə işləri planlaşdırmaq və həyata keçirilməsinə nəzarət etmək;
  • Əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Təsdiq edilmiş prosedur, qayda və formaların icrasına nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.


Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il stajı
  • Dil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili arzuolunandır
  • Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə)
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi
  • Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları
  • Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu
  • Peşəkar ehtiyatlılıq
  • Planlaşdırma və təşkilatçılıq
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Risklərin idarə edilməsi
  • Diqqətlilik.

Vakansiya haqqında

Son tarix

September 14, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər