Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Yanğınsöndürən (Biləcəri, Dübəndi)

Yanğınsöndürən (Biləcəri, Dübəndi)

Bu gün

156

Təsvir

  • Xidməti geyim formasını, fərqlənmə nişanını səliqəli daşımaq, xarici görkəminə diqqətlə yanaşmaq, hər zaman səliqəli olmaqla davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərmək, xidməti borcunu yerinə yetirərkən obyektin işçiləri, iş yoldaşları və vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq;
  • Növbəni qəbul edərkən, alət və avadanlıqların sazlığını yoxlamaq;
  • Xidməti vəzifəsinin icrası zamanı yanğından mühafizə qatarını və qatarın yerləşdiyi ərazini tərk etməmək, yatmamaq, işində, hərəkətində daim sayıq davranmaq, cəsurluq, qorxmazlıq və qətiyyətlilik nümayiş etdirmək;
  • İş prosesində əldə etdiyi məlumatları ancaq xidməti fəaliyət üçün istifadə etmək, məlumatların daim məxfi saxlanılmasını təmin etmək;
  • Növbənin təhvil-təslimi zamanı aşkar olunmuş çatışmazlıqlarla bağlı növbə rəisinə məlumat vermək;
  • Həyacan siqnalı elan edildikdə dərhal yerini tutmaq, növbə rəisinin göstərdiyi yerə getmək;
  • Baş vermiş yanğın hadisəsinin qarşısını almaq, hadisə zamanı əməkdaşları və maddi dəyərləri xilas etmək;
  • Xidməti vəzifələrini vaxtında, dəqiq və təhlükəsiz yerinə yetirmək, ixtisasını daim təkmilləşdirmək;
  • Yanğın texniki ləvazimatları və cihazları saz və təmiz saxlamaq, təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
  • Növbər rəisi və aqreqatlar maşinisti məzuniyyətdə olduqda, həmçinin vəzifə səlahiyyətlərini icra edə bilmədiyi digər hallarda onları əvəz etmək;
  • Rəhbərlik tərəfindən verilən digər əmr və göstərişləri yerinə yetirmək. 

Tələblər

  • Müvafiq sahə üzrə təcrübə arzu olunandır.
  • Təhsil səviyyəsi: Orta təhsil
  • Hərbi mükəlləfiyyətli;
  • Yanğınsöndürən mayelərin xüsusiyyətləri, yanğın aqreqatlarından istifadə bacarığı;
  • Əməyin mühafizəsi, yanğından mühafizə üzrə norma və qaydalar
  • Təxirəsalınmaz ilkin tibbi yardım qaydaları;
  • Fərdi mühafizə vasitələrindən istifadə qaydaları, yanğınsöndürən avadanlıqların xüsusiyyətləri və onlardan istifadə qaydaları;
  • Diqqətlilik, şifahi ifadə, peşəkar ehtiyatlılıq;
  • ADY-nin daxili nizam-intizam qaydaları.

Vakansiya haqqında

Son tarix

January 31, 2026

Paylaşılıb

yanvar 14, 2026

Vakansiya növü

Tam ştat

Təhsil

Orta təhsil

Kateqoriya

Digər