Baş və qəbul göndərmə yollarında yerləşən yoldəyişənləri normal vəziyyətdə saxlamaq;
Yoldəyişənləri təmiz saxlamaq, böyük yoldəyişdiricidən və ya stansiya növbətçisi tərəfindən göstəriş aldıqda manevr işləri zamanı marşrutları hazırlamaq;
Qeyri-adi vəziyyət aşkar edildiyi zaman manevr dispetçerinə və stansiya növbətçisinə məruzə etmək;
İnsan həyatı və hərəkətlə bağlı təhlükəli şərait yaranan zaman qatarı saxlamaq üçün tədbirlər görmək;
Yoldəyişənin nasazlığının aşkarı zamanı böyük yoldəyişdiriciyə və ya stansiya növbətçisinə məlumat vermək;
Yoldəyişənlərdə yaranmış nasazlıq hərəkətin təhlükəsizliyinə maneə yaradarsa, yoldəyişən üzərindən hərəkəti dayandırmaq, qırmızı siqnal işarəsi qoymaq böyük yoldəyişdiriciyə və ya stansiya növbətçisinə xəbər vermək;
Güclü küləkli havada müvafiq heyətin bərkidilməsini və texniki vəziyyətini yoxlamaq.
Tələblər
Ümumi təhsil;
Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları üzrə biliklər;
Azərbaycan dövlət dəmiryolunun Qatarların hərəkəti və manevr işinə dair təlimatına əsasən işləmə bacarığı;
Azərbaycan dövlət dəmiryolunun İşarəvermə təlimatı barədə məlumatlılıq;
Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.