Azərbaycan Dəmir Yolları

Yük qatarlarının konduktoru

Dünən

364

Təsvir

  • Manevr işini yerinə yetirmək;
  • Manevr işində qatarın tərtib olunması və tərkibin dağıdılması, tranzit qatarlardan vaqonların açılması, qoşulması vaqonların yükləmə-boşaltma və xüsusiləşdirilmiş yollara verilməsi işini yerinə yetirmək;
  • Xidmət sahəsində yerləşən stansiyalarda manevr işini hayata keçirmək;
  • Xüsusi yüklü vaqonlarla manevr işini xüsusi ehtiyatla yerinə yetirmək;
  • Vaqonların hüdud sütuncuğundan kənara çıxmamasını təmin etmək;
  • Yükləmə və boşaltma işləri qurtarmamış vaqonlarla manevr edilən zaman, boşaltma-yükləmə işinə rəhbərlik edən şəxsin razılığına əsasən manevr işini davam etmək;
  • Vaqonlarla irəlidə hərəkət edən zaman vaqonda ona aid müvafiq yerdə olmaq və təhlükəli yerlərə yaxınlaşan zaman işarə vermək;
  • Siqnalizasiya mərkəzləşmə bloklama qurğularının normal işinin pozulması zamanı stansiya və ya təpə növbətçisinin göstərişi ilə mərkəzləşdirilmiş yoldəyişənləri kurbel vasitəsilə çevirmək, hazırlanmış marşrutun düzgünlüyünü və izolə sahəsinin boş olmasını yoxlamaq;
  • Stansiyanın Texniki sərəmcam aktında göstərildiyi kimi manevr işi zamanı vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkidilməsini yerinə yetirmək;
  • Növbənin təhvil-təslimini aparmaq.


Tələblər

  • Təhsil səviyyəsi: Orta təhsil
  • Azərbaycan dövlət dəmiryolunun Texniki istismar qaydaları üzrə biliklər;
  • Azərbaycan dövlət dəmiryolunun Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
  • Azərbaycan dövlət dəmiryolunun İşarəvermə təlimatı üzrə biliklər;
  • Diqqətlilik, peşəkar ehtiyatlılıq, əzmkarlıq.

Vakansiya haqqında

Son tarix

May 7, 2025

Paylaşılıb

may 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər