Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Yük və baqaj qəbul-təhvilçisi (Ələt liman sahəsi)

Yük və baqaj qəbul-təhvilçisi (Ələt liman sahəsi)

Bu gün

16

Təsvir

  • Plomblanmış və plomblanmamış yüklərin daşınması zamanı naqil burultağının texniki sazlığını yoxlamaq və təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək;
  • Yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, boşaldılması, çeşidlənməsi, yenidən yüklənməsi, qorunması və təyinatı üzrə təhvil verilməsi proseslərinə nəzarət etmək;
  • Vaqon və konteynerlərə plomb nişanlarını düzgün qaydada tətbiq etmək;
  • Plomb nişanlarının hər iki tərəfdən aydın görünməsini təmin etmək, naqillərin etibarlı şəkildə bərkidilməsini yoxlamaq;
  • Yüklər üzrə aşkar edilmiş kommersiya nasazlıqları ilə bağlı müvafiq aktları tərtib etmək;
  • Yüklənən, boşaldılan, qəbul edilən və təyinatı üzrə göndərilən vaqonların əməliyyatlarının icrası üçün ADY Smart proqramı üzərindən operativ və dəqiq işləmək.

Tələblər

  • Ümumi təhsil;
  • Növbəli iş rejimi;
  • Yükləmə və boşaltma əməliyyatları, daşıma qaydaları üzrə biliklər;
  • Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları;
  • Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.


Vakansiya haqqında

Son tarix

April 18, 2026

Paylaşılıb

aprel 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat