AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Anbardar (Sumqayıt filialı)

Anbardar (Sumqayıt filialı)

14-01-2025

378

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Sumqayıt filialı üzrə "Anbardar" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərməlidir.
  • Şirkətin korporativ geyim, korporativ yazışma, korporativ davranış və ünsiyyət qaydalarına riayət etməli, şəxsi təmizliyinə və xarici görünüşünə fikir verməlidir.
  • İşçi iclaslarında və təlimlərində iştirak etməlidir, fərdi və professional bilik və bacarıqlarını artırmalıdır.
  • Mağazaya göndərilmiş malların boşaldılmasını və mağaza anbarına daşınmasını həyata keçirməli, prosedurlara uyğun olaraq malları qəbul etməli və sistemə daxil etməlidir. Digər mağazalara və ya mərkəzi anbara göndərilən malların daşınmasını, yüklənməsini təmin edilmədir.
  • Malların qısa zamanda satışa çıxarılması üçün bütün lazımi icra işlərinin görülməsini təmin etməlidir. (həyəcan siqnallarının vurulması, yarlıklar, ambar-bölmə fərqlənmələri və s.)
  • Anbar-bölmə fərqlənmələrini 100% dəqiqliklə idarə etməli və nəzarətdə saxlamalıdır.
  • Mağazanın satış sahəsinə göndərilən bütün mallara nəzarət etməlidir və malların etiketlərini, həyəcan siqnallarını və s. yoxlamalıdır.
  • Prosedurlara uyğun olaraq SDUZ İDUZ məhsul qalığı düzəlişləri olan əməliyyatları izləməli, uyğunsuzluq olduqda müvafiq addımlar atmalıdır. 
  • Sistemdə gözləyən mallar üzrə bağlamaların siyahısını hər gün yoxlamalıdır və hesabını aparmalı, hər hansı uyğunsuzluq olarsa, baş anbardar və mağaza müdirini məlumatlandırmalıdır.
  • Mağazada mal hesabatları vasitəsilə yerləşdiriləcək malları daim izləməlidir. Müəyyən edilmiş vaxt ərzində digər mağazaya göndərilən və ya qaytarılan malları hazırlamalı və yerləşdirməlidir.
  • Prosedurlara uyğun olaraq yükün hesabını aparmalı, yük sənədlərini ardıcıl nömrə ilə işləməli və onları arxivləşdirməlidir. Arxiv sənədlərini səliqəli saxlanılmasını və aidiyyatə şöbəyə təqdim olunmasını təmin etməlidir.
  • Mağaza açılarkən, gün ərzində və iş gününün sonunda Retailstore programında lazımı düzəlişlər etməlidir.
  • Mağaza bağlanarkən anbarda bütün qapıların, pəncərələrin bağlanmasını, kondisionerlərin və kompyuterlərin söndürülməsini təmin etməlidir, anbarı növbəti gün istifadə olunmaq üçün hazır saxlamalıdır.
  • Mağaza anbarının audit standartlarına uyğun olduğunu yoxlamalı və nəzarətdə saxlamalıdır.
  • Mağazanın anbar sahəsinin həmişə təmiz və səliqəli saxlanılmasını təmin etməlidir.
  • Anbarda sahəsində iş olmadıqda, ehtiyac yaranarsa mağaza müdirinin gostərişi ilə bölüm işlərində digər işçilərə köməklik etməlidir.
  • Mağaza Müdirinin digər tapşırıqlarını yerinə yetirməlidir.

Tələblər

  • Ali və ya orta təhsil;
  • Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
  • 1-3 il iş stajı;
  • Kompüter bilikləri arzuolunandır;
  • Sahə üzrə təcrübə arzuolunandır.

Vakansiya haqqında

Son tarix

fevral 14, 2025

Paylaşılıb

yanvar 14, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Əmək haqqı

530 - 530 AZN

Kateqoriya

Logistika və nəqliyyat