AQA Şirkətlər Qrupu "Baş energetik" vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Energetika şöbəsinin işinin sistemli şəkildə təşkil edilməsi;
- Rəhbrəliyin tapşırığına əsasən müəssisənin bütün elektrik təchizatına rəsmi qaydada cavabdehlik daşımaq;
- Müəssisənin enerji resurslarının yüksək effektivlik və keyfiyyət göstəricinə malik olmasına cavabdehlik;
- Enerji sisteminin tam təhlükəsiz, dayanıqlı və qüsursuz işinin təşkil olunması və enerji kəsilməzliyinin yüksək səviyyədə təmin olunması;
- Müəssisənin bütün vacib rəsmi sənədlərinin tam qaydasında olması və rəsmi qurumlar qarşısında müəssisənin enerji ilə bağlı mənafeyinin müdafiə olunması;
- Elektrik enerjisi sərfinin uçotu və təhlili, elektrik şəbəkələrinin fəaliyyətinin rasionallaşdırılması üzrə layihələrin işlənib hazırlanması;
- Elektrik və avtomatlaşdırma sistemləri üzrə iş həcmlərinin, BOQ-ların, büdcələrin və tender texniki şərtlərinin hazırlanması;
- İşçi heyyətin peşəkarlıq dərəcəsinin artırılması istiqamətində davamlı işlər görülməsi və ildə bir dəfə attestasiya imtahanlarının təşkili;
- Qarşıya çıxan texniki nasazlıq və qəza halları ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi;
- Davamlı təkmilləşdirmə və qənaətin artırılması ilə bağlı təkliflər paketi işlənib hazırlanması.