AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Biznes inkişafı üzrə menecer

Biznes inkişafı üzrə menecer

Bu gün

71

Təsvir

"LTC Lab" – gələcəyin peşəkarlarını yetişdirən, süni intellekt dahisi Lütfi Zadənin adını daşıyan innovativ təlim mərkəzidir. Ən son öyrənmə metodları, güclü təlimçi heyəti və müasir kampusu ilə Xəzər regionunun aparıcı təhsil platformasına çevrilməyi hədəfləyirik. Burada hər bir bilik həvəsi olan şəxs üçün inkişaf, əməkdaşlıq və yaradıcı mühit təmin olunur.


AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən LTC Lab brendinə aid tədris mərkəzi "Biznes inkişafı üzrə menecer" vakansiyasını elan edir. Əgər təlim və inkişaf sahəsində çalışmaq, yeni tərəfdaşlıqlar qurmaq, satış və bazar genişlənməsi ilə məşğul olmaq istəyirsinizsə – komandamıza qoşulun!


Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin və tərəfdaşların axtarılması, cəlb edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;
  • Satış və biznes inkişafı strategiyalarının hazırlanması, tətbiqi və nəticələrinin izlənməsi;
  • Bazar araşdırmalarının aparılması, rəqiblərin təhlili və yeni biznes imkanlarının müəyyən edilməsi;
  • Təlim proqramlarının təqdimatı, tanıdılması və potensial müştərilərə uyğun həllərin hazırlanması;
  • Marketinq və satış komandası ilə sıx əməkdaşlıq edərək layihələrin və kampaniyaların koordinasiyası;
  • Mövcud müştərilərlə münasibətlərin qorunması, müştəri bazasının genişləndirilməsi və davamlı kommunikasiya;
  • Aktiv satış proseslərinin idarə olunması: görüşlərin təşkili, follow-up, lead nurturing və kommersiya təkliflərinin hazırlanması;
  • Məhsul və xidmətlərin xüsusiyyətlərinin dərindən öyrənilməsi və təqdimatlarda effektiv şəkildə izah edilməsi;
  • Rəqəmsal kommunikasiya və LinkedIn üzərindən şirkət və məhsul görünürlüğünün artırılması;
  • Satış hədəflərinə çatmaq, gəlir artımını təmin etmək və komanda ilə effektiv əməkdaşlıq etmək.

Tələblər

  • Ali təhsil (biznes, marketinq və ya əlaqəli sahələr üzrə arzuolunandır);
  • Biznesin inkişafı və təhsil sahəsində satış ürzə minimum 2 il iş təcrübəsi;
  • Yüksək kommunikasiya və təqdimat bacarığı;
  • Nəticə yönümlü və təşəbbüskar;
  • Komanda ilə işləmə bacarığı;
  • Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür.


Əlavə məlumat:

Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.

Ünvan: AGA Business Center

Vakansiya haqqında

Son tarix

December 26, 2025

Paylaşılıb

noyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

Min. 800 + bonus - Max. 1800+bonus AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə