AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Biznesin inkişafı üzrə menecer

Biznesin inkişafı üzrə menecer

10-06-2025

354

Təsvir

"LTC Lab" – gələcəyin peşəkarlarını yetişdirən, süni intellekt dahisi Lütfi Zadənin adını daşıyan innovativ təlim mərkəzidir. Ən son öyrənmə metodları, güclü təlimçi heyəti və müasir kampusu ilə Xəzər regionunun aparıcı təhsil platformasına çevrilməyi hədəfləyirik. Burada hər bir bilik həvəsi olan şəxs üçün inkişaf, əməkdaşlıq və yaradıcı mühit təmin olunur.


AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən LTC Lab brendinə aid tədris mərkəzi "Biznesin inkişafı üzrə menecer" vakansiyasını elan edir. Əgər təlim və inkişaf sahəsində çalışmaq, yeni tərəfdaşlıqlar qurmaq, satış və bazar genişlənməsi ilə məşğul olmaq istəyirsinizsə – komandamıza qoşulun!


Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin və tərəfdaşların axtarışı və cəlb edilməsi
  • Satış strategiyalarının hazırlanması və tətbiqi
  • Bazar araşdırmaları aparmaq və yeni imkanları müəyyənləşdirmək
  • Təlim proqramlarının tanıdılması və təqdimatı
  • Marketinq və satış komandası ilə sıx əməkdaşlıq
  • Müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə əlaqələrin qorunması

Tələblər

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil (biznes, marketinq və ya əlaqəli sahələr üzrə arzuolunandır)
  • Biznesin inkişafı və satış sahəsində minimum 2 il iş təcrübəsi
  • Yüksək kommunikasiya və təqdimat bacarığı
  • Nəticə yönümlü və təşəbbüskar
  • Komanda ilə işləmə bacarığı
  • Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür

Vakansiya haqqında

Son tarix

July 9, 2025

Paylaşılıb

iyun 10, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə