AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Daxili nəzarət üzrə mütəxəssis

Daxili nəzarət üzrə mütəxəssis

23-08-2024

1.9K

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Daxili nəzarət üzrə mütəxəssis vakansiyası elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:


  • Əməkdaşların işə vaxtında gəlməsini izləmək, gecikmələri qeydə almaq və müvafiq tədbirləri tövsiyə etmək;
  • Şirkət geyim qaydalarına uyğunluğu təmin etmək və uyğun olmayan geyim tərzlərini düzəltmək;
  • Şirkət daxili qaydalarına uyğunluğu yoxlamaq, qaydalara riayət etməyən hallar barədə hesabatlar hazırlamaq;
  • Əməkdaşlara şirkət qaydaları və prosedurları barədə təlimlər keçmək və maarifləndirmək;
  • İşçilərdən gələn şikayətləri və məsələləri qiymətləndirmək, həll yolları təqdim etmək;

 

Tələblər


  • Təhsil: İdarəetmə, hüquq, insan resursları və ya müvafiq sahələrdə bakalavr dərəcəsi
  • Yaş: 21-29
  • Təşkilatçılıq bacarıqları, diqqətli və detallara diqqət
  • Effektiv yazılı və şifahi ünsiyyət bacarığı
  • Problem və şikayətlərin tez və effektiv şəkildə həll edilməsi
  • Komanda ilə işləmə bacarığı


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00



Vakansiya haqqında

Son tarix

oktyabr 2, 2024

Paylaşılıb

avqust 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə