AQA Şirkətlər Qrupu

Direktor köməkçisi

01-11-2024

2.1K

Təsvir

Direktor köməkçisi


Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Direktor köməkçisi vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:


  • Görüşləri, tədbirləri və layihələri planlaşdırmaq
  • Daxili və xarici yazışmaları aparmaq
  • Direktorun keçirdiyi danışıqların, görüșlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iștirakçıları görüșün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırmaq) görmək
  • Direktorun gündəlik iş günü planını təmin etmək
  • Zəruri hesabatlar hazırlamaq və direktora təqdim etmək



Tələblər

  • Ali təhsil (İdarəetmə və ya iqtisadi sahədə)
  • Rus dili və ingilis dili biliyi (yazılı və şifahi)
  • Yüksək Excel biliyinə sahib olmaq
  • Punktual və təşəbbüskar olmaq
  • Planlaşdırma və təşkilatçılıq bacarığı
  • Layihə idarəetmə proqram təminatı alətləri ilə təcrübə (Notion)


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00


Vakansiya haqqında

Son tarix

dekabr 11, 2024

Paylaşılıb

noyabr 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər