AQA Şirkətlər Qrupu

Elektrik (Caspian Plaza)

Bu gün

1.4K

Təsvir

AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Elektrik" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:


  • Binaların elektrik sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • İşıqlandırma, rozetka, açar, kabel xətləri və elektrik avadanlıqlarının quraşdırılması, yoxlanılması və təmirinin həyata keçirilməsi;
  • Elektrik panelləri, avtomat açarlar, kabellər və torpaqlama sistemlərinin texniki vəziyyətinə nəzarət edilməsi;
  • Elektrik nasazlıqlarının, qısaqapanma və digər texniki problemlərin aşkarlanması və aradan qaldırılması;
  • Elektrik avadanlıqlarının profilaktik baxış və texniki xidmət işlərinin aparılması;
  • Generator və UPS sistemlərinin işinə nəzarət edilməsi, aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
  • Elektrik ölçü cihazlarından istifadə etməklə yoxlama və ölçmə işlərinin aparılması;
  • Lift, havalandırma və kondisioner sistemlərinin elektrik təchizatı ilə bağlı ilkin texniki yoxlamaların həyata keçirilməsi;
  • Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
  • İcra olunan işlər, istifadə edilən materiallar və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə iş təcrübəsi (1-3 il);
  • Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
  • Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır;
  • Fiziki cəhətdən sağlam;
  • Məsulliyyətlilik, punktuallıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Komandada işləmək bacarığı.


Əlavə məlumat:

  • İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü;
  • İş saatı: 09:00-18:00.
  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.

Vakansiya haqqında

Son tarix

December 5, 2026

Paylaşılıb

noyabr 5, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı