AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə Təcrübəçi

İnsan Resursları üzrə Təcrübəçi

14-08-2024

4.3K

Bağlanılıb

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital İnsan resursları üzrə təcrübəçi vakansiyası elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:

  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və dəvət olunması;
  • Gündəlik müsahibə cədvəlinin aparılması;
  • İşə qəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
  • Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • HR üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
  • Təşkilatın inkişafı üçün zəruri olan proses, siyasət və prosedurların qurulmasında iştirak.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Menecment, İqtisadiyyat və ya əlaqəli bir sahədə) ;
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan təşəbbüskar namizədlər;
  • Problem həlletmə və qərar vermə bacarığı;
  • Öyrənmə və inkişafa yüksək həvəs;
  • İnsan Resursları sahəsi üzrə karyera qurmaq hədəfi;
  • HR Təlimlərində iştirak edən namizədlərə üstünlük verilir.


Əlavə məlumat:

·     5 günlük iş qrafiki: 09:00 – 18:00

·     Təcrübə müddəti: 2 ay. Bu müddəti uğurla keçən namizəd işə qəbul ediləcək.

Vakansiya haqqında

Son tarix

sentyabr 23, 2024

Paylaşılıb

avqust 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə