AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı

İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı

23-02-2025

3.8K

Təsvir

AQA Şirkətlər Qrupu Demirchi Tower üçün "İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasaz hissələri aşkar etmək və düzgün diaqnostikanın təyin edilməsi;
  • Kondisionerləşmə layihəsini mükəmməl oxuma bacarığına malik olması;
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi;
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində daxili və xarici bloklarının montaj edilməsi və sökülməsi
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə qaz vurulması ( qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və tənzimləmə işləri , ana kartlarda yaranmış nöqsanların aşkar edilməsi )
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinin təmiri və ehtiyyat hissələrinin yenisi ilə əvəz edilməsi: (mono, multi və vrf sistemləri üzrə)
  • Kompressorların əvəz edilməsi
  • İki çıxışlı klapanların əvəz edilməsi
  • Mikrosxemlərin və naqillə idarə etmə pultarının əvəz edilməsi
  • Sensorlarların əvəz edilməsi
  • Fan mühərrik və digər pərlərin əvəz edilməsi
  • Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işə salıcının əvəz edilməsi
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisionerlərin xüsusi kimyəvi vasitələrlə yuyulması (süzgəclərinin təmizlənməsi)
  • Mərkzələşdirilmiş VRF sisteminin mis, drenaj borularının və siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolə edilməsi
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş tapşırıqları vaxtında yerinə yetirmək

Tələblər

  • Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə ali / orta ixtisas təhsili  
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il staj
  • Sertifikat/vəsiqə/lisenziya: arzuolunandır 
  • Xüsusi tələblər: 30-45 yaş 
  • Kompüter bilikləri: Microsoft Office (üstünlükdü)
  • Komandada işləmə bacarığına malik olmalı,
  • İşgüzar və məsuliyyətli olmalı


Əlavə qeyd:

  • İş rejimi: 5 gün, 09:00-18:00
  • Əmək haqqı: 900 - 1000 AZN (nett)

Vakansiya haqqında

Son tarix

March 30, 2025

Paylaşılıb

fevral 23, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Orta təhsil

Əmək haqqı

900 - 1000 AZN

Kateqoriya

Tikinti və Daşınmaz əmlak