AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
IT Biznes analitik təcrübəçi

IT Biznes analitik təcrübəçi

Bu gün

186

Təsvir

IT Biznes analitik təcrübəçi


Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC IT Biznes analitik təcrübəçi vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

 

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

 

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:

    

  • Biznes proseslərini və sistemləri araşdırmaq və analiz etmək
  • Müxtəlif layihələrdə məlumat toplama və təhlil etmək
  • İstifadəçi tələblərini müəyyənləşdirmək üçün sənədlər hazırlamaq
  • Hesabatlar və vizuallaşdırmalar yaratmaq
  • Komanda üzvləri ilə əməkdaşlıq edərək layihələrin irəliləməsini izləmək
  • Analitik düşünmə qabiliyyətini inkişaf etdirmək

Tələblər

  • Təhsil: İT, Biznes İdarəetməsi və ya əlaqədar sahədə yeni məzunlar
  • Analitik düşünmə bacarığı
  • Excel və ya digər məlumat analizi alətlərində bilik
  • Layihə idarəetmə metodologiyaları (məsələn, Agile) ilə təcrübə üstünlükdür
  • İT layihələrinin planlaşdırılması və icrası prosesində iştirak etmək
  • Komanda işinə meyilli olmaq və öyrənməyə açıq olmaq



Əlavə məlumat:

 

·      Bazar ertəsi – Cümə: 10:00-19:00

Vakansiya haqqında

Son tarix

dekabr 1, 2024

Paylaşılıb

oktyabr 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik