AQA Şirkətlər Qrupu

IT Biznes analitik

22-10-2024

846

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC IT Biznes analitik vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

 

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

 

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:

  • Məhsul analizi və sənədləşdirilməsi, təkmilləşdirmə təklifləri
  • Tətbiq və bizneslə bağlı yeni ideyalar əldə etmək, bunları texniki komanda üçün anlaşılan standart sənədləşməyə çevirmək
  • Tapşırıqları prioritetləşdirmək, icra və inkişaf planı hazırlamaq
  • Komanda üzvləri arasında koordinasiya
  • Komandada tapşırıqların dəqiq yerinə yetirilməsini izləmək, nəzarət etmək və təmin etmək
  • Cari tendensiyalar və gələcək planlar əsasında hesabatlar hazırlamaq

Tələblər

  • Təhsil: İT, Biznes İdarəetməsi və ya əlaqədar sahədə bakalavr dərəcəsi
  • Bu sahədə minimum 1 il iş təcrübəsi
  • Analitik, kreativ, məntiqi düşüncəyə sahib olmaq
  • Məlumat analizi alətlərində (məsələn, Excel, SQL, Tableau / Power BI) bilik
  • REST API servisləri ilə iş təcrübəsi
  • Layihə idarəetmə metodologiyaları (məsələn, Agile) ilə təcrübə üstünlükdür
  • İT layihələrinin planlaşdırılması və icrası prosesində iştirak etmək



Əlavə məlumat:

 

·      Bazar ertəsi – Cümə: 10:00-19:00

Vakansiya haqqında

Son tarix

dekabr 1, 2024

Paylaşılıb

oktyabr 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik