AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Korporativ satış üzrə mütəxəssis

Korporativ satış üzrə mütəxəssis

Dünən

804

Təsvir


"LTC Lab" – gələcəyin peşəkarlarını yetişdirən, süni intellekt dahisi Lütfi Zadənin adını daşıyan innovativ təlim mərkəzidir. Ən son öyrənmə metodları, güclü təlimçi heyəti və müasir kampusu ilə Xəzər regionunun aparıcı təhsil platformasına çevrilməyi hədəfləyirik. Burada hər bir bilik həvəsi olan şəxs üçün inkişaf, əməkdaşlıq və yaradıcı mühit təmin olunur.


"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən LTC Lab brendinə aid tədris mərkəzi "Korporativ satış üzrə mütəxəssis" vakansiyasını elan edir. Əgər təlim və inkişaf sahəsində çalışmaq, yeni tərəfdaşlıqlar qurmaq, satış və bazar genişlənməsi ilə məşğul olmaq istəyirsinizsə – komandamıza qoşulun!


Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, rəqiblər və bazar haqqında informasiyaların aylıq hesabatının hazırlanması və buna uyğun satış strategiyasının tətbiqi;
  • Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi;
  • B2B satış strategiyasının hazırlanması və tətbiqi;
  • Tender və RFP proseslərində iştirak etmək;
  • Aylıq iş planına uyğun müştəri ziyarətləri və satış hədəflərinə nail olmaq;
  • Tədris məhsullarının texniki xarekteristikalarının mükkəmməl öyrənilməsi;
  • Müştəri ehtiyaclarının analizi və uyğun həllərin təklif edilməsi;
  • Uzunmüddətli müqavilələrin hazırlanması, yenilənməsi və idarə olunması;
  • Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması;
  • Korporativ CRM sistemində məlumatların idarə edilməsi və satış proseslərinin pipeline üzrə izlənməsi;
  • Korporativ satış hədəflərinin icrası və portfelin davamlı genişləndirilməsi;
  • Hər ayın sonunda satış planının icrası ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Minimum 1 il təhsil sahəsində korporativ müştərilər üzrə iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma və danışıq aparma qabiliyyəti;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı;
  • MS Word, Excel və Outlook proqramında sərbəst işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti;
  • Komandada işləmək bacarığı, çeviklik, məsuliyyətlilik və şirkətin missiyasına sadiqlik;
  • Səlist nitq qabiliyyəti;
  • Yüksək satış qabiliyyəti;
  • Korporativ əlaqələrin olması;
  • Peşəkar, işgüzar görünüş və təqdimat bacarığı;
  • Komanda ilə işləmə bacarığı.


Əlavə məlumat:

  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
  • Ünvan: AGA Business Center

Vakansiya haqqında

Son tarix

December 26, 2025

Paylaşılıb

noyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

Min. 800 + bonus - Max. 1800+bonus AZN

Kateqoriya

Satış və müştəri xidmətləri