AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Korporativ satış üzrə mütəxəssis

Korporativ satış üzrə mütəxəssis

Dünən

148

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Korporativ satış üzrə mütəxəssis vakansiyasını elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

 

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

 

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:


  • Təyin olunmuş ticarət nöqtələrində şirkətimizə məxsus olan məhsulların satışını təmin etmək;
  • Yeni partnyorların cəlbi;
  • Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğunlaşmaq;
  • Partnyorların və müştərilərin suallarını cavablandırmaq;
  • Satışın icrasını təmin etmək.

Tələblər

  • 25-35 yaş aralığında şəxslər;
  • Əla səviyyədə azərbaycan dili;
  • Yüksək kommunikasiya və satış bacarığı olmalı;
  • Müştəri yönümlülük və təqdimetmə bacarığı;
  • Dəqiq, intizamlı və işində məsuliyyətli;
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti

Vakansiya haqqında

Son tarix

December 27, 2025

Paylaşılıb

noyabr 17, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Satış və müştəri xidmətləri