AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən Digitale Agency şirkəti "Korporativ satış üzrə mütəxəssis" vakansiyasını elan edir:
Rəqəmsal marketinq və reklam sahəsində fəaliyyət göstərən şirkətimizə satış sahəsində təcrübəli, nəticə yönümlü və biznes müştərilərlə effektiv işləmə bacarığı olan əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərlə əməkdaşlıqların qurulması və davamlı inkişaf etdirilməsi;
- Agentliyin biznes strategiyalarını aydın şəkildə başa düşmək, hədəfləri təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını hazırlamaq;
- Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək;
- Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması;
- Agentliyin xidmətlərinin satış fəaliyyət planlarını həyata keçirmək;
- Agentlik üçün əsas satış potensialının hədəflənməsi;
- Gələcək çəkilişləri təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələr qurmaq;
- Satış planına uyğun fəaliyyət göstərmək və müəyyən edilmiş hədəflərə nail olmaq;
- Satış prosesinin bütün mərhələlərinin koordinasiyası (danışıqlar, müqavilə, icra və s.);
- Müştəri ehtiyaclarını analiz edərək uyğun xidmətlərin təqdim edilməsi;
- Agentliyin üstünlüklərini və imkanlarını izah etmək üçün şirkətlərin nümayəndələri ilə görüşlər keçirtmək;
- Bazar və rəqib analizləri aparmaq, satış strategiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Müştəri məmnuniyyətinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində təşəbbüslər göstərmək.