AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Korporativ satış üzrə mütəxəssis

Korporativ satış üzrə mütəxəssis

Bu gün

2.8K

Təsvir

AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən Digitale Agency şirkəti "Korporativ satış üzrə mütəxəssis" vakansiyasını elan edir:


Rəqəmsal marketinq və reklam sahəsində fəaliyyət göstərən şirkətimizə satış sahəsində təcrübəli, nəticə yönümlü və biznes müştərilərlə effektiv işləmə bacarığı olan əməkdaş axtarırıq.


Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əməkdaşlıqların qurulması və davamlı inkişaf etdirilməsi;
  • Agentliyin biznes strategiyalarını aydın şəkildə başa düşmək, hədəfləri təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını hazırlamaq;
  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək;
  • Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması;
  • Agentliyin xidmətlərinin satış fəaliyyət planlarını həyata keçirmək;
  • Agentlik üçün əsas satış potensialının hədəflənməsi;
  • Gələcək çəkilişləri təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələr qurmaq;
  • Satış planına uyğun fəaliyyət göstərmək və müəyyən edilmiş hədəflərə nail olmaq;
  • Satış prosesinin bütün mərhələlərinin koordinasiyası (danışıqlar, müqavilə, icra və s.);
  • Müştəri ehtiyaclarını analiz edərək uyğun xidmətlərin təqdim edilməsi;
  • Agentliyin üstünlüklərini və imkanlarını izah etmək üçün şirkətlərin nümayəndələri ilə görüşlər keçirtmək;
  • Bazar və rəqib analizləri aparmaq, satış strategiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Müştəri məmnuniyyətinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində təşəbbüslər göstərmək.

Tələblər

  • Ali təhsil (biznes, marketinq, idarəetmə və ya iqtisadiyyat sahəsi arzuolunandır);
  • Səlist nitq qabiliyyəti;
  • Korporativ satış və ya layihə idarəetməsi sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yüksək satış qabiliyyəti;
  • Marketing bilikləri;
  • Korporativ əlaqələrin olması;
  • Peşəkar, işgüzar görünüş və təqdimat bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət (rus və ingilis dili üstünlükdür);
  • Güclü ünsiyyət, təqdimat və razı salma bacarıqları;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Deadlineları vaxtında çatdırmaq;
  • Aktiv, məsuliyyətli, nəticə yönümlü və komandada işləmə qabiliyyəti;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • İşə qarşı diqqətli və məsuliyyətli olmalı;
  • Vaxtın effektiv idarə olunması və təşəbbüskarlıq.


İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş saatları: 10:00-19:00 (Şənvə və bazar qeyri-iş günü);
  • Əmək haqqı: 700 AZN+ (satışdan bonus)

Vakansiya haqqında

Son tarix

May 28, 2026

Paylaşılıb

aprel 28, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

700 - AZN

Kateqoriya

Satış və müştəri xidmətləri