AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Kredit üzrə kiçik mütəxəssis (Avtomobil sahəsi üzrə)

Kredit üzrə kiçik mütəxəssis (Avtomobil sahəsi üzrə)

09-04-2025

788

Təsvir

“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Kredit üzrə kiçik mütəxəssis (Avtomobil sahəsi üzrə) vakansiyasını elan edir.


BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.


Vəzifə öhdəlikləri:


  • Müştərilərin avtokredit şərtləri barədə məlumatlandırılması
  • Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi, təhlil edilməsi və sistemə daxil edilməsi
  • Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Portfelə nəzarətin və gündəlik ödəmələrin təqib edilməsi

Tələblər

  • Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
  • 21-29 yaş aralığında gənclər
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət 
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • MS Excel üzrə biliklər


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN+bonus

Vakansiya haqqında

Son tarix

May 19, 2025

Paylaşılıb

aprel 9, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

400 - 400 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə