AQA Şirkətlər Qrupu

Mağaza meneceri

15-01-2025

634

Bağlanılıb

Təsvir

  • Mağazanın ümumi fəaliyyətini təşkil edir;
  • Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
  • Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
  • İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
  • Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
  • Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
  • Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;
  • Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
  • Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
  • Mal qalıqlarına nəzarət və uçotun aparılması;
  • Assortimentin və satışın analizi;
  • Daxili inventarizasiyanın aparılması;
  • Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
  • Görülən işlərin qeydinin aparılması

Tələblər

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı (geyim sektoru arzuolunandır)
  • Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dilləri arzuolunandır;
  • Yaş: 25-40
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C

Vakansiya haqqında

Son tarix

February 24, 2025

Paylaşılıb

yanvar 15, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə