AQA Şirkətlər Qrupu

Ofis meneceri

Bu gün

246

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Ofis meneceri vakansiyası elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:

·      Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi

·      Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi

·      Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi

·      Müştərilərin qarşılanması, onlara lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi

·      Görülən işlərlə bağlı hesabatların hazırlanması

Tələblər

·      Ali təhsil

·      21-25 yaş aralığında gənclər

·      Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)

·      Səlis və aydın nitq qabiliyyəti

·      Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

·      Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq 


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00
  • Əmək haqqı: 400 AZN (Gross)


Vakansiya haqqında

Son tarix

April 15, 2025

Paylaşılıb

mart 6, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Məzun

Təhsil

Bakalavr

Əmək haqqı

400 (Gross) - AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə