AQA Şirkətlər Qrupu

Ofis meneceri

Bu gün

16

Təsvir

AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən Digitale Agency şirkəti "Ofis meneceri" vakansiyasını elan edir:


Digitale Agency komandası üçün yeni əməkdaş axtarılır! Rəqəmsal marketinq və reklam sahəsində fəaliyyət göstərən komandamıza ofis daxili prosesləri səmərəli idarə edə biləcək, məsuliyyətli və ünsiyyətcil xanım namizəd axtarılır.


Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi;
  • Rəsmi sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə paylanması;
  • Poçt və kuryer vasitəsilə göndərişlərin təşkili və izlənməsi;
  • Elektron poçt və gündəlik yazışmaların idarə olunması;
  • Ofis daxili inzibati işlərin koordinasiyası və ümumi nəzarət;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil
  • Xanım namizəd
  • Əla səviyyədə azərbaycan dili (rus və ingilis dili üstünlükdür)
  • Microsoft Office proqramlarında işləmək bacarığı
  • Səliqəli görünüş və pozitiv ünsiyyət tərzi
  • Yazılı və şifahi kommunikasiya bacarıqları
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Təşkilatçılıq qabiliyyəti və məsuliyyətlilik
  • Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq 


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00
  • Əmək haqqı: 600 AZN (Net)

Vakansiya haqqında

Son tarix

May 28, 2026

Paylaşılıb

aprel 28, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

600 - AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə