Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Ofis meneceri vakansiyası elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
· Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi
· Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi
· Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi
· Müştərilərin qarşılanması, onlara lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi
· Görülən işlərlə bağlı hesabatların hazırlanması
· Ali təhsil
· 21-25 yaş aralığında gənclər
· Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
· Səlis və aydın nitq qabiliyyəti
· Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
· Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
Əlavə məlumat
Son tarix
April 15, 2025
Paylaşılıb
mart 6, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
1 ilədək
Vəzifə dərəcəsi
Məzun
Təhsil
Bakalavr
Əmək haqqı
400 (Gross) - AZN
PMD Group MMC ● Bakı, Azərbaycan
Bu gün
22
Prime Cotton MMC ● Bakı, Azərbaycan
Bu gün
42
Yelo Bank ASC ● Bakı, Azərbaycan
Bu gün
41
Yelo Bank ASC ● Bakı, Azərbaycan
Bu gün
1.6K
LANDAU Education Group ● Bakı, Azərbaycan
Bu gün
9K