AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
PHP/Laravel Developer (İntern)

PHP/Laravel Developer (İntern)

Dünən

96

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Backend developer intern vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Öyrənəcəkləriniz və Qazanacaqlarınız:


  • Laravel ilə backend inkişafı və API-lərin hazırlanması;
  • Frontend (HTML, CSS, JS) üzrə real layihələrdə təcrübə;
  • Uğurlu iştirakçılara Junior Full-Stack Developer kimi iş imkanı;



Tələblər

  • Kompüter elmləri və ya oxşar ixtisas üzrə ali təhsil;
  • PHP və Laravel framework üzrə ilkin biliklər;
  • HTML, CSS, JavaScript üzrə biliklər;
  • MySQL və ya digər verilənlər bazası ilə işləmə anlayışı;
  • Git/GitHub ilə işləmə bacarığı üstünlükdür;
  • Öyrənməyə maraqlı, məsuliyyətli və komandada işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

October 5, 2025

Paylaşılıb

avqust 26, 2025

Vakansiya növü

Yarım ştat

Vəzifə dərəcəsi

Tələbə

Təhsil

Bakalavr

Kateqoriya here

Elm, Texnologiya və Mühəndislik