AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Satış məsləhətçisi (İnqilab)

Satış məsləhətçisi (İnqilab)

31-10-2024

2.4K

Bağlanılıb

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Music Gallery brendinə aid elektronika mağazası İnqilab filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını elan edir:


Vəzifə öhdəlikləri:

  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
  • Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Qoyulmuş satış hədəflərinə çatmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
  • Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək

Tələblər

  • Ali və ya orta təhsil
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
  • Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı
  • Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı


Əlavə məlumat

6 günlük iş qrafiki (növbəli)

Vakansiya haqqında

Son tarix

noyabr 14, 2024

Paylaşılıb

oktyabr 31, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri