AQA Şirkətlər Qrupu

Tələbə koordinatoru

Bu gün

2K

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən LTC Lab brendinə aid tədris mərkəzi "Tələbə koordinatoru" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Kursa yeni qəbul olmuş tələbəyə orientasiya proqramını keçirmək.
  • Tələbəni hər yeni mərhələdə müvafiq dərs materialları ilə təmin etmək.
  • Tələbəni kurs müddətində olan proseslər haqqında mütəmadi olaraq məlumatlandırmaq (dərsin başlaması haqqında, qeyri iş günlərində dərsin keçirilib-keçirilməməsi haqqında, imtahan tarixləri haqqında və s).
  • Hər həftə sonunda və ay sonunda müəyyən hesabatların hazırlanması.
  • Təqdimat,imtahan və interview günlərinin keçirilməsi üçün otaq təyin etmək. Otaqdakı şərait və avadanlıqlara diqqət edib, istifadəyə hazır vəziyyətə gətirmək.
  • Tələbələrin qiymətləndirmə prosedurlarını tamamlamaq. Müəllim və mentorlardan müvafiq balları əldə etdikdən sonra yekun nəticəni hesablayıb, tələbələrin elektron poçtlarına göndərmək.
  • Tələbələrlə periodik individual görüşlər və ya ümumi sorğular (anketlər) keçirmək, əldə olunan məlumatları analiz edib, baş koordinator ilə paylaşmaq.
  • Tələbələrin məzuniyyət və sertifikasiya prosesini icra etmək.
  • Tələbər üçün nəzərdə tutulan tədbirlərin təşkilat hissəsində iştirak etmək.
  • Baş koordinatorun tapşırıqlarını yerinə yetirmək. 

Tələblər

  • Ali təhsil;
  • Yüksək səviyyədə azərbaycan dili biliyi, rus və ingilis dil biliyi arzuolunandır;
  • Yüksək nitq qabiliyyəti, dürüstlük, işgüzarlıq, məsuliyyətlilik
  • Kollektivlə işləmə bacarığı.
  • İş saatı: 12:00-21:00, bir saat nahar fasiləsi

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 10, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə