"Agrarco" MMC
Ana səhifə
/
/
/
Əmlakın idarə olunması üzrə aparıcı\baş mütəxəssis

Əmlakın idarə olunması üzrə aparıcı\baş mütəxəssis

26-08-2025

633

Bağlanılıb

Təsvir

 

  • Təşkilatın balansında olan daşınar və daşınmaz əmlakın uçotunun aparılması və sistemli idarə olunması;
  • Əmlakla bağlı mülkiyyət, icarə, istifadə, təmir, modernləşdirmə və digər əməliyyatların təşkili və sənədləşdirilməsi;
  • Əmlakın effektiv istifadəsinin təhlili və səmərəliliyin artırılması üzrə təkliflərin hazırlanması;
  • İcarə müqavilələrinin hazırlanması, müddətlərə və öhdəliklərə nəzarət;
  • Əmlakın inventarizasiyası, texniki baxışlarının təşkili və nəticələrin sənədləşdirilməsi;
  • Hüquqi sənədlərin hazırlanmasında və ekspertizasında iştirak;
  • Dövlət orqanlarına və digər qurumlara əmlakla bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
  • Əmlakla bağlı münaqişə və problemlərin araşdırılması, təhlili və həll yollarının təqdim olunması;
  • Normativ-hüquqi aktlara uyğunluğun təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

 

Tələblər

  • Ali təhsil (memarlıq, inşaat mühəndisliyi, iqtisadiyyat, menecment və ya əmlak idarəçiliyi sahəsində ixtisas üstünlükdür);
  • Böyük əmlak portfellərinin və ya iri obyektlərin idarə olunması üzrə təcrübə;
  • Komanda idarəçiliyi və layihə rəhbərliyi üzrə təcrübə üstünlükdür;
  • Əmlakla bağlı texniki məsələlərə dair biliklər;
  • Əmlak idarəetmə proqramları ilə işləmə bacarığı;
  • Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı;
  • Rus və/və ya İngilis dili – texniki və işgüzar səviyyədə bilməsi üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Analitik düşüncə və qərarvermə bacarığı;
  • Güclü təşkilatçılıq və planlaşdırma qabiliyyəti;
  • Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı;
  • Məsuliyyətlilik, operativlik və nəticəyönümlülük;
  • Mülkiyyət sahibi, icarədar və texniki xidmət təminatçıları ilə peşəkar münasibətlər qura bilmə qabiliyyəti.



Vakansiya haqqında

Paylaşılıb

avqust 26, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Tibbi sığorta (özü və ailə üzvləri üçün)
  • Korporativ nömrə və danışıq limiti
  • Kariyerada yüksəlmə imkanı
  • Təlimlərdə iştirak