"Agrarco" MMC
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət inspektoru (Zaqatala rayonu üzrə)

Keyfiyyətə nəzarət inspektoru (Zaqatala rayonu üzrə)

Bu gün

214

Təsvir

  • Keyfiyyətə nəzarət məqsədi ilə istehsal olunan məhsuldan nümunə seçmə metodologiyasına əsaslanaraq keyfiyyət sınaqlarının aparılmasını təşkil etmək;
  • İstehsal olunmuş məhsulun normativ sənədə və texniki şərtlərə uyğunluğunu yoxlamaq məqsədi ilə həmin məhsulun keyfiyyətini, tamlığını, qablaşdırılmasını, saxlanmasını və daşınma şərtlərini, həmçinin tədarük edilmiş xam malın və köməkçi materialların anbarlarda düzgün saxlanmasını izləmək;
  • Qəbul olunmuş və rədd edilmiş məhsulların sənədləşməsinə nəzarət etmək;                                                    
  • Normativ texniki sənədə uyğun olmayan məhsulların/proseslərin səbəbini araşdırmaq və uyğunsuzluqların aradan qaldırılmasında düzəldici fəaliyyət planı təqdim etmək;                                               
  • Məhsulların analizi və texniki uçotunu aparmaq;                                             
  • Məhsulun keyfiyyəti barədə sənədlərin tərtib olunması;
  • Keyfiyyəti ölçmə cihazlarının vəziyyətinin sistematik olaraq nəzarət altında saxlanması;
  • Normativ texniki sənədlərin daim yenilənməsini nəzarət altında saxlamaq;
  • Vaxtaşırı keyfiyyətə nəzarət sınaq proseslərində iştirak etmək;
  • Müştərilərdən və istehlakçılardan gələn şikayət və təklifləri qəbul etmək;
  • Sertifikasiya ilə bağlı, o cümlədən 1-ci və 2-ci tərəfin auditlərinə hazırlaşma, cavablandırma və hesabatların tərtib olunmasında iştirak etmək.

Tələblər

  • Kimya, biologiya və qida mühəndisliyi ixtisasları üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərində ünsiyyət və yazı bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını istifadə bacarığı;
  • Analitik düşüncə, dəqiqlik və hesabatlılıq bacarığı;
  • Kənd təsərrüfatında iş təcrübəsi üstünlükdür.


Vakansiya haqqında

Son tarix

December 31, 2025

Paylaşılıb

noyabr 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Tibbi sığorta
  • Korporativ nömrə
  • Təlim dəstəyi

Oxşar vakansiyalar