NTS-lərə dair normaların müəyyənləşdirilməsi və onun istehsalat tərəfindən qəbul edilməsi, o cümlədən istehsal prosesinin hər mərhələsində müəyyən edilmiş normalara görə nəzarətin aparılması;
Keyfiyyətə nəzarət məqsədi ilə istehsal olunan məhsuldan nümunə seçmə metodologiyasına əsaslanaraq keyfiyyət sınaqlarının aparılmasının təşkil edilməsi;
İstehsal olunmuş məhsulun normativ sənədə və texniki şərtlərə uyğunluğunu yoxlamaq məqsədi ilə həmin məhsulun keyfiyyətinin, tamlığının, qablaşdırılmasının, saxlanmasının və daşınma şərtlərinin, həmçinin tədarük edilmiş xam malın və köməkçi materialların anbarlarda düzgün saxlanmasının izlənməsi;
Müəssisə tərəfindən istehsal olunmuş məhsulun keyfiyyətinə görə sortunun müəyyənləşdirilməsində NTS işləmək;
Qəbul olunmuş və rədd edilmiş məhsulların sənədləşməsinə nəzarət edilməsi;
Normativ texniki sənədə uyğun olmayan məhsulların/proseslərin səbəbinin araşdırılması və uyğunsuzluqların aradan qaldırılmasında düzəldici fəaliyyət planın təqdim edilməsi;
Məhsulların analizi və texniki uçotunun aparılması;
Məhsulun keyfiyyəti barədə məlumatın sifarişçi və istehlakçıya çatdırılmasının təmin edilməsi;
Müştərilərdən və istehlakçılardan gələn şikayət və təklifləri analiz etmək, uyğunsuzluğun yaranma səbəbini araşdırmaq və eyni zamanda texnoloqla birgə istehsal prosesi mərhələlərini bir daha gözdən keçirmək.
Tələblər
Kimya, biologiya və qida mühəndisliyi ixtisasları üzrə ali təhsil;
Keyfiyyətə nəzarət və laboratoriya sahəsində iş təcrübəsi üstünlük sayılacaq;
Azərbaycan, ingilis və rus dillərində ünsiyyət və yazı bacarığı;
Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını istifadə bacarığı;
Öyrənməyə həvəsli və məsuliyyətli;
Analitik düşüncə, dəqiqlik və hesabatlılıq bacarığı.