Şirkətin aqrar, istehsal, emal, zavod və ixrac fəaliyyətləri üzrə maliyyə və əməliyyat göstəricələrinin sistemli təhlili;
Məhsul əkini, becərilməsi, yığımı, emalı və ixrac mərhələləri üzrə maya dəyərinin formalaşdırılması, optimallaşdırılması və monitorinqi;
Zavod istehsalatı üzrə məhsuldarlıq, itkilər, çıxım faizi (yield), enerji və resurs istifadəsinin maliyyə baxımından təhlili;
Faktiki istehsalat göstəricələri ilə plan/büdcə göstəricələrinin müqayisəli təhlili və kənarlaşmaların səbəblərinin izahı;
İstehsalat prosesləri ilə maliyyə nəticələri arasında birbaşa əlaqənin qurulması və ölçülə bilən KPI-ların formalaşdırılması;
Yeni layihələr üzrə ilkin texniki-iqtisadi əsaslandırma (TİƏ), investisiya ehtiyacının hesablanması, gəlirlilik, geri dönüş müddəti və risklərin təhlili;
ERP sistemində istehsalat əməliyyatlarının, material hərəkətinin, maya dəyəri elementlərinin düzgün əks olunmasına nəzarət;
Əsas vəsaitlərlə iş: avadanlıqların, texnikanın və istehsalat xətlərinin uçotu, amortizasiya hesablamalarının prosesə uyğun qurulması, əsas vəsaitlərin səmərəlilik analizinin aparılması;
Texniki və istehsalat komandaları ilə birgə proseslərin maliyyə baxımından təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Rəhbərlik üçün mütəmadi analitik hesabatların, ad-hoc maliyyə modellərinin, qərar dəstək materiallarının hazırlanması.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İstehsalat, aqrar, sənaye və ya oxşar sahələrdə maliyyə yönümlü təcrübə;
Analitik düşüncə və prosesləri anlama qabiliyyəti;
Rəqəmlərlə işləməklə yanaşı, əməliyyat proseslərinə maraq;
Maliyyə və uçot proqramları ilə işləmək bacarığı;
Excel və analitik alətlərlə işləmə bacarığı;
Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik və çeviklik;
Yalnız və komanda ilə effektiv işləmə bacarığı;
İşin tələblərinə uyğun olaraq ölkədaxili ezamiyyətlərə açıq olmalı.