İnzibati binanın, yeməkxananın, həyətin və qonaq evinin bütün ərazilərinin (sanitar qovşaqlar, iş otaqları, anbar sahələri və s.) təmizliyinə, səliqəsinə və təmir işlərinə nəzarət etmək;
Kartriclərin doldurulmasını təşkil etmək;
Lazım olan ehtiyacların və malların (dəftərxana ləvazimatları, yeməkxana, təmizlik vasitələri və s.), eləcə də avadanlıqların təmin olunması;
Şöbə əməkdaşlarının idarə olunması və onların gündəlik işlərinə nəzarət edilməsi;
Gündəlik aparılan qeydiyyatlar əsasında aylıq hesabatların hazırlanması;
Yeməkxana ilə bağlı normaların müəyyən edilməsi- menyunun hazırlanması, istifadə olunan ərzaqların adambaşına düşən qramajlara əsasən təyin edilməsi;
Qonaq evinə gələn qonaqların yerləşdirilməsi - otaqların təmizliyinə nəzarət, aşkar olunan çatışmazlıqların təmin edilməsi;
Yeməkxananın təmizliyinə, bişirilən yeməklərin keyfiyyətinə, eləcə də işçilərin sanitar və gigiyena normalarına, daxili SƏTƏM və audit tələblərinə riayət olunmasına nəzarət edilməsi;
Məntəqələrdə aidiyyəti işlərin aparılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra olunması.
Tələblər
Texniki peşə təhsili;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Microsoft Office (Word, Excel, Outlook) və 1C proqramlarını istifadə bacarığı;
Güclü ünsiyyət, komanda idarəetmə və nəzarət bacarığı;
Problem həll etmə və operativ qərarvermə bacarığı;