"Agrarco" MMC
Ana səhifə
/
/
/
Vergi üzrə mühasib\aparıcı mühasib

Vergi üzrə mühasib\aparıcı mühasib

Bu gün

168

Təsvir

  • Pul hesablarının hərəkətinin icra edilməsi və sənədlərdə əks etdirilməsi;
  • Kassaya məsul şəxs kimi kassa əməliyyatlarına və kassadakı nağd vəsaitlərə cavabdehlik daşımaq;
  • Kassa əməliyyatlarının icra edilməsi, sənədlərdə və sistemdə əks etdirilməsi;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanmasında və bəyannamələrin təqdim edilməsində iştirak edilməsi;
  • Dövlət subsidiyası və digər dövlət yardımlarının alınması və bəyan edilməsində iştirak edilməsi;
  • İdxal və ixrac YGB sənədlərinin konsiqnasiya olunması;
  • Təhtəl sənədlərinin yoxlanılması və işlənilməsi;
  • Elektron qaimələrin tərtib edilməsi və təqdim edilməsinin həyata keçirilməsi;
  • Fındıq alışı prosesinin rəsmi uçota alınmasında iştirak edilməsi;
  • Hesabat məqsədilə müəssisənin iqtisadi və maliyyə fəaliyyətinin iqtisadi təhlilində iştirak edən sənədlər toplusunu hazırlamaq;
  • İş prosesinin təkmilləşdirilməsi və uçotun düzgün aparılması məqsədilə prosedurların hazırlanmasında iştirak edilməsi;
  • Rəhbərlikdən gələn cari işlərlə bağlı digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Maliyyə, mühasibatlıq və əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı müəssisələrində iş təcrübəsi üstünlük sayılacaq;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • MS Excel və 1C ERP proqramında sərbəst işləmək bacarığı;
  • Güclü analitik düşüncə və problemləri həll etmə bacarığı.


Vakansiya haqqında

Son tarix

December 23, 2025

Paylaşılıb

noyabr 13, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
  • Korporativ nömrə
  • Təlim dəstəyi