Anbarlara mal-materialın təhvil-təslim sənədlərinə əsasən təhlükəsizlik tələblərinə uyğun şəkildə qəbul edilməsi işinin təşkil edilməsini təmin etmək;
Anbarda mal və materialların müvafiq qanuna uyğunluqla ( FİFO sistemi üzrə ) çeşitlənib, yığılmasını və yerləşdirilməsini təmin etmək;
Anbardan mal-materialın şifarişçinin tələbnaməsinə uyğun olaraq yığılıb təhvilə hazırlanmasını, həmçin anbardan satışlar zamanı satış proseslərini təşkil etmək;
Anbarlarda rüblük sayımlarında iştirak etmək;
Anbarda qəbul və təhvil verilmə əməliyyatları barədə mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
Anbar əməliyyatları zamanı əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etmək;
Anbar əməliyyatlarının ERP sistemində Mal və material uçotunun aparılması üçün qurulmuş mühasibat proqramlarından istifadə edərək onlayn və ya real vaxt rejimində məlumatları daxil etmək.
Təsdiqlənmiş qaydalara uyğun olaraq anbarda mövcud olan gübrə, toxum, dərman və digər məhsulların sifarişçiyə təhvil verilməsi üçün tələb olunan sənədləşmə proseslərini həyata keçirmək.
Sahələrdən daxil olan məhsulları daşıyan yük maşınlarını verilmiş prosedurlara əsasən tərəzidən çəkmək və yönləndirmək.
Tələblər
Təhsil: Ali təhsil
İş təcrübəsi: Minimum 1-3 il iş təcrübəsi;
Kompüter bilikləri üzrə : MS Office (xüsusi ilə Excel),Outlook , SAP (anbar modulu), Kantar (tərəzi nəzarət) ; Geotek (yanacaq idarəetmə)