Təsvir
- Birləşmələr və Alışlar üzrə əməliyyatların hüquqi aspektlərini idarə etmək və rəhbərlik etmək;
- Hüquqi yoxlama və birləşmədən sonrakı inteqrasiyanı həyata keçirmək;
- Birləşmələr və Alışlar, birgə müəssisələr və digər əsas əməliyyatlarla bağlı müqavilələri hazırlamaq və nəzərdən keçirmək;
- Mürəkkəb hüquqi məsələlər üzrə bisnes funksiyaların hüquq komandası və digər şöbələrinə rəhbərlik və dəstək vermək;
- Funksiya rəhbərinə və digər yüksək rəhbərliyə strateji hüquqi məsləhətlər vermək;
- Biznes funksiyalar üzrə hüquqi və normativ tələblərə uyğunluğu təmin etmək;
- Biznes funksiyalar üzrə mühüm hüquqi məsələləri, o cümlədən məhkəmə məsələlərini həll etmək;
- Qrup daxilindəki şirkətlərin fəaliyyəti ilə bağlı müvafiq lisenziya, icazə və sertifikatların alınmasında hüquqi dəstək göstərmək;
- Qrupun şirkətlərini dövlət orqanları, hökumət və qeyri-hökumət təşkilatları, notariat kontorları, mediasiya orqanları və məhkəmələrdə təmsil etmək;
- Hüquq funksiyasına dair daxili qaydalar, normativ aktlar və əsasnamələri hazırlamaq, həmçinin digər qaydaları və siyasətləri hüquqi baxımdan nəzərdən keçirmək;
- Hüquqi məsələlərin vəziyyəti barədə funksiya rəhbərinə mütəmadi hesabatlar hazırlanmaq və təqdim etmək;
- Qrupun şirkətlərinin fəaliyyəti ilə bağlı funksiya rəhbəri tərəfindən təyin olunan digər hüquqi tapşırıqları yerinə yetirmək;
- Hüquqi tapşırıqların yerinə yetirilməsi üçün zərurət yarandıqda ezamiyyətlərə getmək.
Tələblər
- Hüquq üzrə minimum bakalavr dərəcəsi; magistr dərəcəsinə üstünlük verilir;
- 7-10 il hüquq sahəsində iş təcrübəsi, kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlükdür;
- Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı, Rus dili biliyi üstünlükdür;
- Birləşmələr və Alışlar, korporativ idarəetmə, kommersiya hüququ və torpaq qanunvericiliyi üzrə güclü nəzəri və praktiki biliklərə sahib olmaq;
- Əmək qanunvericiliyi və əmək münasibətlərinin tənzimlənməsi üzrə nəzəri və praktiki biliyə sahib olmaq;
- Hüquqi yoxlama və risk qiymətləndirmələri üzrə təcrübə;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Komanda idarəetmə bacarığı;
- Güclü analitik düşüncə və ünsiyyət bacarıqlarına sahib olmaq.