Agro Dairy LLC
Ana səhifə
/
/
/
Logistika üzrə baş mütəxəssis-Qarabağ

Logistika üzrə baş mütəxəssis-Qarabağ

Dünən

40

Təsvir

Koordinasiya və əməliyyat idarəetməsi

  • Torpaq hazırlığı, səpin, məhsul yığımı və məhsulun daşınması daxil olmaqla sahə və logistika işlərinin koordinasiyası.
  • İşlərin icrası zamanı podratçı və subpodratçılarla birbaşa operativ əlaqənin təmin edilməsi.
  • Təsdiq edilmiş qrafik və həcmlərə uyğun olaraq faktiki işlərin gedişinə nəzarət edilməsi.
  • İş prosesində yaranan cari problemlərin operativ həll edilməsi.

Müqavilə öhdəliklərinin icrasına nəzarət

  • Podratçılar tərəfindən görülən işlərin müqavilə şərtlərin tam uyğun icrasına nəzarət.
  • Zərurət yarandıqda ödənişlərdə düzəlişlərin tətbiqi üçün müvafiq məlumatların hazırlanması.

GPS və texniki nəzarət (giriş təmin edildiyi halda)

  • Podratçı texnikasının hərəkətinin və iş prosesinin GPS sistemləri vasitəsilə monitorinqi həyata keçirmək.
  • GPS məlumatlarının bəyan edilmiş iş həcmləri ilə (ha, km, reys, iş saatı) müqayisə etmək
  • Daxili nəzarət və maliyyə təsdiqi məqsədilə GPS məlumatları əsasında hesabatların hazırlanması.

Sənədləşmə və hesabatlılıq

  • Podratçılardan ilkin sənədlərin (yerinə yetirilmiş işlərə dair aktlar, yol vərəqələri, qaimələr, GPS hesabatları və s.) toplanması və yoxlanılması.
  • Təsdiqedici sənədlərin maliyyə, satınalma və hüquq şöbələrinə təqdim edilməsi.
  • Yerinə yetirilmiş işlər üzrə gündəlik, həftəlik və mərhələli hesabatların hazırlanmasında iştirak.

Risklərin idarə edilməsi və komplayens

  • Podrat işləri zamanı əməliyyat və logistika risklərinin müəyyən edilməsi.
  • Podratçıların əməyin mühafizəsi, texniki təhlükəsizlik və şirkətin daxili qaydalarına riayətinə nəzarət etmək.

Tələblər

  • Ali təhsil
  • Logistika, təchizat, nəqliyyat və ya əməliyyat sahəsində minimum 5 il iş təcrübəsi (Podratçı və subpodratçılarla işləmə təcrübəsi)

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst.
  • Rus dili – orta səviyyədə.

Kompüter bilikləri

  • MS Excel – yaxşı səviyyədə
  • MS Office proqramları ilə işləmə bacarığı.

Digər tələblər

  • Yüksək məsuliyyət və intizam.
  • Operativ qərarvermə və problem həll etmə bacarığı.
  • Stressə davamlılıq və sahə şəraitində işləmə qabiliyyəti.
  • Ünsiyyət və koordinasiya bacarıqları.
  • Komanda ilə işləmə və müstəqil qərarvermə bacarığı.
  • Ezamiyyətlərə hazır olmaq.
  • B kateqoriyalı sürücülük vəsiqəsi.

Vakansiya haqqında

Son tarix

January 30, 2026

Paylaşılıb

yanvar 8, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat