Sahədə əməyin mühafizəsi, təhlükəsizlik qaydaları və müvafiq standartlara riayət olunmasına nəzarət etmək, onların icrasını təmin etmək.
Məhsul yığımı və daşınması proseslərini təşkil etmək, işlərin vaxtında və səmərəli yerinə yetirilməsinə nəzarət etmək.
Sahə işçilərinin gündəlik fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü həyata keçirmək və icra prosesinə nəzarət etmək.
Vəzifə tapşırıqlarını planlaşdırmaq, iş prosesini təşkil etmək və tapşırıqların müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etmək.
Sahədə texnika və işçi heyətinin düzgün və təhlükəsiz yerləşdirilməsini təmin etmək, iş prosesində yarana biləcək riskləri müəyyənləşdirmək və onların qarşısını almaq.
Əməliyyat risklərinin minimuma endirilməsi məqsədilə müvafiq təhlükəsizlik tədbirləri və strategiyaları hazırlamaq, tətbiq etmək və icrasına nəzarət etmək.
Etik davranış standartlarına, şirkətdaxili prosedur və qaydalara, habelə əmək intizamı tələblərinə riayət olunmasını təmin etmək.
Bütün əməkdaşlar üçün sağlam və təhlükəsiz iş mühitinin yaradılması və qorunması məqsədilə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) tələblərinin icrasına nəzarət etmək.
Bilavasitə rəhbər tərəfindən verilən digər xidməti tapşırıqları və layihələri müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə icra etmək.
Tələblər
Müvafiq təhsili; ali və orta ixtisas təhsil üstünlükdür.
Müvafiq sahə üzrə minimum 1-2 il praktiki təcrübə;
Dil bilikləri: Azərbaycan dili;
Sürücülük vəsiqəsi: “ B “ kateqoriya;
Komandada işləmə bacarığına sahib olmaq;
Məsuliyyətli və dəqiq olmaq;
Təşkilatçılıq və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı.