Agro Dairy LLC
Ana səhifə
/
/
/
"Summer X-perience 2025" Yay Təcrübə Proqramı

"Summer X-perience 2025" Yay Təcrübə Proqramı

Dünən

335

Təsvir

Proqram haqqında:

Agro Dairy olaraq, kənd təsərrüfatı sahəsində karyera qurmaq istəyən tələbələr üçün yay təcrübə proqramını elan edirik. Bu proqram vasitəsilə iştirakçılar sahə üzrə praktik biliklər əldə edəcək, real istehsalat proseslərini müşahidə edəcək və təcrübəli mütəxəssislərlə birgə işləmək imkanı qazanacaqlar.


Vəzifə və öhdəliklər:

  • Yay tətilini səmərəli dəyərləndirmək;
  • Peşəkar mühitdə özünü inkişaf etdirmək;
  • İşlədiyi komandaya dəstək vermək;
  • Təşəbbüskar olmaq;
  • Öyrənməyə həvəsli olmaq;
  • Təcrübə müddətində pozitiv və kreativ yanaşmaq;
  • Nəticəyə fokuslanmaq.


Müraciət edə biləcəyiniz departamentlər:



  • HR və Admin- Agro Dairy MMC, Baş ofis,Bakı
  • Marketinq-Agro Dairy MMC, Baş ofis,Bakı
  • Satış-Agro Dairy MMC, Baş ofis,Bakı
  • Maliyyə-Agro Dairy MMC, Baş ofis,Bakı
  • Hüquq və Risk -Agro Dairy MMC, Baş ofis,Bakı
  • İT-Agro Dairy MMC, Baş ofis,Bakı
  • Kartoqrafiya -Agro Dairy MMC, Hacıqabul ofisi
  • Aqronomiya-Agro Dairy MMC, Samux ofisi
  • Əməliyyatlar-Agro Dairy MMC, Cəlilabad ofisi
  • Kənd Təsərrüfatı Texnikaları-Agro Dairy MMC, Baş ofis,Bakı
  • Keyfiyyətə nəzarət- ATS Mill MMC, Bakı
  • İstehsalat- ATS Mill MMC,Bakı
  • Anbar- ATS Mill MMC,Bakı
  • Keyfiyyətə nəzarət və laboratoriya- ATS Soy Processing MMC,Bakı
  • Texniki- ATS Soy Processing MMC,Bakı
  • Risklərin idarə edilməsi-Milla MMC, Baş ofis, Bakı
  • İstehsalat əməliyyatları-Milla MMC, Baş ofis, Bakı
  • Baytarlıq- Yalama Agropark MMC, Xaçmaz
  • Bayratlıq-Qəbələ Agropark MMC, Qəbələ

Tələblər

  • Universitetin 3-cü və ya 4-cü kurs tələbəsi olmaq;
  • Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə; əlavə dil bilikləri üstünlükdür;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Yüksək motivasiya;
  • Komandada işləmə və ünsiyyət bacarığı;
  • Təşəbbüskar olmaq və öyrənməyə açıq olmaq;
  • “Nəyə görə təcrübə proramında iştirak etmək istəyirsən?” mövzusunda 1 dəqiqəlik video çəkib müraciət zamanı yükləmək.


Vacib qeyd:

Motivasiya məktubunda müraciət etmək istədiyiniz departament mütləq qeyd olunmalıdır. Departamenti göstərilməyən müraciətlər nəzərə alınmayacaq.

Vakansiya haqqında

Son tarix

June 5, 2025

Paylaşılıb

may 15, 2025

Vakansiya növü

Təcrübə

Vəzifə dərəcəsi

Tələbə

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı