Agro Dairy LLC
Ana səhifə
/
/
/
Yanğın Təhlükəsizliyi üzrə Məsləhətçi

Yanğın Təhlükəsizliyi üzrə Məsləhətçi

21-05-2026

120

Təsvir

  • Şirkətin bütün müəssisələri üzrə yanğın təhlükəsizliyi siyasətinin, prosedurlarının, standartlarının və proqramlarının hazırlanmasını, tətbiq olunmasını və mütəmadi yenilənməsini təmin etmək;
  • Yanğın təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin, normativ-hüquqi aktların və daxili standartların tələblərinə uyğunluğa nəzarət etmək;
  • Zavodlar, anbarlar, fermalar, inzibati binalar və digər obyektlər üzrə müntəzəm yoxlama və auditlərin keçirilməsini təmin etmək;
  • Yanğın risklərinin müəyyən edilməsini, qiymətləndirilməsini və risklərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini koordinasiya etmək;
  • Uyğunsuzluqlar üzrə korrektiv tədbirlərin və fəaliyyət planlarının icrasına nəzarət etmək;
  • Təxliyə planlarının, fövqəladə hallara cavab prosedurlarının və digər əlaqəli sənədlərin hazırlanmasını və yenilənməsini təmin etmək;
  • Yanğınsöndürmə vasitələrinin, siqnalizasiya sistemlərinin, hidrantların və digər yanğın təhlükəsizliyi avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək;
  • Yanğın və təxliyə təlimlərinin, fövqəladə hallar üzrə məşqlərin təşkil edilməsini və koordinasiya olunmasını təmin etmək;
  • Fövqəladə Hallar Nazirliyi ilə yoxlamalar, auditlər və digər rəsmi proseslər çərçivəsində əsas əlaqələndirici şəxs qismində çıxış etmək;
  • Yoxlamalar zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesini izləmək və nəzarətdə saxlamaq;
  • Əməkdaşlar və podratçı təşkilatlar üçün yanğın təhlükəsizliyi üzrə təlimlərin, maarifləndirmə sessiyalarının və induksiya proqramlarının keçirilməsini təmin etmək;
  • anğın təhlükəsizliyi göstəricilərinin monitorinq edilməsini və rəhbərliyə mütəmadi hesabatların təqdim olunmasını təmin etmək;
  • Müxtəlif müəssisə və struktur bölmələri üzrə yanğın təhlükəsizliyi fəaliyyətlərinin koordinasiya olunmasını təmin etmək.

Tələblər

  • Yanğın təhlükəsizliyi, fövqəladə hallar və ya müvafiq texniki sahə üzrə ali və ya xüsusi təhsilinə malik olmaq;
  • Yanğın təhlükəsizliyi sahəsində minimum 10 il peşəkar iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi üzrə qanunvericiliyini və normativ-hüquqi tələblərini dərindən bilmək;
  • AZS, SNIP, NFPA, EN və digər yerli və beynəlxalq standartlar üzrə bilik və praktiki tətbiq təcrübəsinə malik olmaq;
  • Yanğın risklərinin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması sahəsində təcrübəyə malik olmaq;
  • Yanğın təhlükəsizliyi üzrə audit, yoxlama və uyğunluq qiymətləndirmələrinin aparılması bacarığına malik olmaq;
  • Təlimlərin keçirilməsi, prosedurların hazırlanması və əməkdaşların maarifləndirilməsi sahəsində təcrübəyə malik olmaq üstünlük hesab edilir;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığına malik olmaq;
  • Mütəmadi ezamiyyətlərə və regionlara səfər etməyə hazır olmaq;
  • Sürücülük vəsiqəsinə malik olmaq və nəqliyyat vasitəsini sərbəst idarə etmək;
  • Analitik düşünmə, yüksək ünsiyyət və təşkilatçılıq bacarıqlarına malik olmaq.

Vakansiya haqqında

Son tarix

June 4, 2026

Paylaşılıb

may 21, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

9 ildən artıq

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı