Şirkətimiz biznes ehtiyaclarına uyğun hazırlanmış ERP sistemini 1C 8.3 platformasında idarə edir və inkişaf etdirir. Mövcud sistemi modernləşdirməklə yanaşı, sıfırdan yeni layihələr də hazırlayırıq. Bu səbəbdən, qeyri-standart konfiqurasiyalarda sərbəst işləyə bilən, mövcud kodu rahatlıqla oxuyub təhlil edən, səhvləri aşkarlayıb aradan qaldıran və sistemin sabitliyini qoruyaraq dəyişikliklər həyata keçirən 1C üzrə proqramçı axtarırıq.
- Xüsusi 1C konfiqurasiyasında yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi
- Mövcud kodun oxunması, debug edilməsi və sistemin yekun göstəricilərinə təsir etmədən təhlükəsiz dəyişikliklərin aparılması
- Sıfırdan yeni layihələrin hazırlanması və tətbiqi
- 1C sorğu dili və Məlumatların Kompozisiya Sistemi (SKD) vasitəsilə sorğu və hesabatların hazırlanması
- API və digər sistemlərlə inteqrasiyaların hazırlanması və dəstəklənməsi
- HTTP/veb xidmətləri, REST, XML və JSON formatları ilə məlumat mübadiləsinin qurulması
- Süni intellekt alətlərindən istifadə edilməsi, əldə olunan nəticələrin yoxlanılması və nəzarətli tətbiqi
- Tələblərin dəqiqləşdirilməsi üçün mühasibatlıq, kadrlar və əməliyyat bölmələri ilə əməkdaşlıq