Çinar plaza, 9cu mərtəbə, 152 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
Tam ştat
11-10-2024
1.4K
Bağlanılıb
Təsvir
Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;
Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək;
Daxili nəzarət tərtibinin uyğunluğu barədə rəy bildirmək;
Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq;
Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
Aşkarlanmış çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.
Tələblər
Universitet (ali təhsil) dərəcəsi (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr);
Müvafiq vəzifədə (kənd təsərrüfatı sahəsində üstünlükdür) 3 il iş təcrübəsi (daxili auditor, xarici auditor kimi və s.) arzu olunandır;
Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində minimal biliklərin olması – CIA, ACCA (xüsusilə, “MA” və “FA”) sertifikatları olan namizədlərə üstünlük verilir;
Audit prosedurlarını başa düşmək və tətbiq etmək bacarığı;
Şirkət daxilində biznes prosesləri (satınalma, maliyyə, ticarət, istehsal və s. kimi) dərindən başa düşmək;
Məntiqi düşüncə, riyazi və analitik düşüncə tərzi;
Təzyiq altında işləmək və hədəf qoyulmuş tarixlərə qədər işi yerinə yetirmək bacarıqları;
Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;
Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
Kompüter bilikləri: 1C, Microsoft Office: xüsusən “Word”, “Excel” və “PowerPoint” proqramları.
Vakansiya haqqında
Paylaşılıb
oktyabr 11, 2024
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
İmtiyazlar
Ödənişsiz nahar
Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
ACCA sertifikatları
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı