Agro Food Investments
Ana səhifə
/
/
/
İnvestisiyalar üzrə təhlilçi/investisiya mütəxəssisi

İnvestisiyalar üzrə təhlilçi/investisiya mütəxəssisi

08-10-2024

514

Bağlanılıb

Təsvir

Əsas Vəzifələr:


  • Müvafiq sahələrdə bazar tendensiyalarını, imkanları və riskləri müəyyən etmək üçün təhlillərin aparılması;
  • Korporativ, biznes və funksional səviyyəli strateji layihələrin hazırlanması və həyata keçirilmə prosesində iştirak;
  • İnvestisiya layihələri üçün dəqiq maliyyə modellərinin hazırlanmasında proqnozlaşdırma və qiymətləndirmə dəqiqliyinin, etibarlılığının təmin edilməsi;
  • Potensial gəlirlər haqqında rəy formalaşdırmaq üçün əhatəli dəyərləndirmə üsulları ilə investisiya layihələrinin qiymətləndirilməsində iştirak;
  • Potensial investisiyaların, birləşmələrin və satınalmaların qiymətləndirilməsi qərarları üçün lazımi məlumatların funksiyalararası komandalardan müvafiq qaydada toplanması və təhlil edilməsi;
  • Sektor üzrə tendensiyaların izlənməsi, nəticələr, tövsiyələr və analitik dəstəyin göstərilməsi məqsədi ilə rəhbərliyə həm dövri, həm də tələb əsasında təqdim üçün hesabatlar və təqdimatlar hazırlanması;
  • Strategiya və layihə idarəetmə komandalarına layihə idarəçiliyində və əsas təşəbbüslərin həyata keçirilməsində dəstək göstərilməsi.

Tələblər

Namizədin göstəriciləri:


  • İqtisadiyyat, maliyyə, biznesin idarəedilməsi və ya oxşar sahədə bakalavr dərəcəsi.
  • Sahə üzrə 2 illik iş təcrübəsi, məsləhət şirkətlərində işləmiş namizədlərə üstünlük verilir.
  • Strateji məlumatları effektiv şəkildə təqdim etmək üçün güclü tədqiqat və təqdimat bacarıqları.
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də qabaqcıl səviyyədə bilik.
  • Mürəkkəb konsepsiyaları aydın və qısa şəkildə izah etməklə mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
  • Komanda mühitinə sürətli adaptasiya və birgə iş bacarıqları.
  • CFA Level 1 və ya FMVA sertifikatı üstünlükdür.
  • İngilis dili biliyi vacibdir, Rus dili bilikləri arzuolunandır.

Vakansiya haqqında

Son tarix

oktyabr 29, 2024

Paylaşılıb

oktyabr 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə